Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Hazırda oxunan: Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

606485

Quba rayonu 28 mart və 4-5 aprel tarixlərində baş vermiş güclü yağışlardan ən çox ziyan çəkən rayonlardandır. Quba-Qonaqkənd, Quba-Xınalıq yollarından əlavə, Tüləkəran, Susay kənd yollarında, Aydınkənd və digər onlarla ərazidə torpaq sürüşməsi baş verib.

Rayon mərkəzindən təxminən 40 kilometr məsafədə yerləşən Aydınkənddə torpaq sürüşməsi nəticəsində bir neçə yaşayış evinə ziyan dəyib.
 

Evlərin divarlarında çatlar əmələ gəlib, bəzi dam örtükləri isə yararsız vəziyyətə düşüb. Dağlıq ərazidə yerləşən kənddə torpaq qatının yuxarı hissələrdən sürüşərək yaşayış məntəqəsinə doğru hərəkət etdiyi bildirilir. Ərazidə aktiv sürüşmə prosesinin davam etdiyi qeyd olunur.


Sürüşmə səbəbindən Aydınkənd istiqamətində yol bir neçə gün nəqliyyat üçün bağlanıb, bu isə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsini xeyli çətinləşdirib.

Bu barədə Quba FHK-dan Bizim.Media-ya məlumat verilib.

Komissyanın sədri Tariyel İbrahimov hazırda rayona dəyən ziyanın dəqiqləşdirildiyini deyib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO