Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Maqsud Mahmudovun məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, məhkəmədə zərərçəkmiş qismində dindirilən Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı İlham Kərimov ifadəsində bildirib ki, Mahmudov 57 min manat verəcəyi vədi ilə ondan 32 ədəd qızıl sikkə alıb.
Lakin nə qızılları, nə də pulunu ala bilməyib:
“Maqsud Mahmudovu 10 ildən artıqdır ki, tanıyıram. Buna görə etibar etmişdim. Əvvəl söz verdi ki, bir ay ərzində pulu ödəyəcək. Sonra eşitdim ki, Ukraynaya gedib”.
M.Mahmudov qızıl sikkələrin əvəzinə zərərçəkmişə brilyant tapança verdiyini deyib:
“Ondan beşlikləri almazdan üç gün əvvəl görüşümüz oldu. Həmin vaxt İlhama 28 min manat dəyərində brilyant tapança verdim, bununla da əvəzləşmiş olduq".
Zərərçəkmiş şəxs Mahmudovun dedikləri ilə razılaşmayıb və həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını deyib.
Qeyd edək ki, növbəti məhkmə prosesi fevralın 21-də baş tutacaq.
Qeyd edək ki, ötən il beynəlxalq axtarışa verilmiş M.Mahmudov Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M.Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:17 / 17.02.2022
Maqsud Mahmudov kimə brilyant tapança verib? - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Hazırda oxunan: Maqsud Mahmudov kimə brilyant tapança verib? - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Hazırda oxunan: Maqsud Mahmudov kimə brilyant tapança verib? - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
60634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.