Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Hazırda oxunan: Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

606245

Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişiklik olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı "BakuBus" MMC məlumat yayıb.
 

Bildirilib ki, Maştağa qəsəbəsində Axund Mirzə Əbdülkərim küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq M8 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Mehdi Hüseynzadə küçəsi ilə, 172 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Seyid İbad Ağa küçəsi ilə hərəkət edir.


Bundan başqa, Sahil qəsəbəsində Vaqif Ələkbərov və Emin Quliyev küçələrində yolda yaranmış çuxurlarla bağlı 149 saylı marşrut xətti son dayanacağa gedə bilmir.

Marşrut müvəqqəti olaraq Sahil qəsəbəsində Rövşən Rzayev parkının yanında dayanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO