"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

Hazırda oxunan: "Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

606241

Usta aktyorlar Selçuk Yöntem və Zafer Erginin "Kurtlar Vadisi" serialı ilə bağlı tənqidi fikirləri yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, hər iki sənətkar fenomen serialın gənclər üzərindəki mənfi təsirlərinə diqqət çəkib.

Serialda "Aslan Akbey" xarakterinə həyat verən Selçuk Yöntem ekran işinin ilk dövrlərində dövlət-mafiya münasibətlərinə fərqli bir baxış gətirdiyini qeyd edib. Lakin o, serialdakı cinayətkarların cəza almaması faktının gənclər üzərində mənfi izlər buraxmış ola biləcəyini vurğulayıb.

Serialın unudulmaz "Baron"u (Mehmet Karahanlı) Zafer Ergin isə layihədən ayrılma səbəbini illər öncə bu sözlərlə izah edib:

"Mən "Kurtlar Vadisi"ni "Arka Sokaklar"dan əvvəl tərk etdim. Çünki serialın zərərli olduğunu və pis vərdişlərə yol açdığını düşünürdüm. Üstəlik, çox cəlbedici maddi şərtlər də var idi".

Ergin, bəzi həmkarlarının yüksək qazanc müqabilində bu qərarını tənqid etdiyini, lakin öz prinsiplərindən güzəştə getmədiyini bildirib:

"Televiziya böyük bir silahdır. Bəzi dostlarım "Niyə buraxdın? Dünyanın pulunu qazanırsan" dedilər. Amma mənim prinsiplərim hər şeydən üstündür". (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO