Yanvarda dəm qazından zəhərlənənlərin sayı AÇIQLANDI  

Yanvarda dəm qazından zəhərlənənlərin sayı AÇIQLANDI  

Hazırda oxunan: Yanvarda dəm qazından zəhərlənənlərin sayı AÇIQLANDI  

60623

Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət daxil olub.

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb.

Müraciət edənlərin hər birinə tibbi yardım göstərilərək evə buraxılıblar. 

“Təəssüflər olsun ki, bu gün Qusar rayonunda bir ailənin 5 üzvünün dəm qazından boğularaq öldüyü bildirilir. Baş Prokurorluqdan verilən məlumata görə, Qusar şəhərinin H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda AİLƏ FACİƏSİ: Ölənlərin adları açıqlandı - YENİLƏNİB/FOTO


Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur. Bu hallarla qarşılaşmamaq üçün əhalini ehtiyatlı olmağa çağırırıq”.

Qeyd edək ki, dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.

Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO