Azərbaycandan İrana uçuşlar bərpa olunur - Həftədə bir dəfə 

Azərbaycandan İrana uçuşlar bərpa olunur - Həftədə bir dəfə 

Hazırda oxunan: Azərbaycandan İrana uçuşlar bərpa olunur - Həftədə bir dəfə 

60599

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” martın 4-dən Bakıdan İranın paytaxtı Tehrana uçuşları bərpa edəcək. 

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, xüsusi aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.

Həmin uçuşlara biletləri aviaşirkətin rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Bakı hava limanının I trminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Azərbaycan vətəndaşları İrandan Vətənə uçuş zamanı COVİD-19-a dair PCR-testindən keçməlidirlər.

İran vətəndaşları Azərbaycan ərazisinə giriş zamanı COVID-19-a qarşı peyvəndlənmənin tam kursunu təsdiq edən etibarlı sənəd təqdim etməli, həmçinin koronavirus infeksiyasına dair PCR-testindən keçməlidirlər.

İrandan səfər edən sərnişinlərə PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. 

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO