Bu ərazidə yeni metro stansiyası TİKİLƏCƏK

Bu ərazidə yeni metro stansiyası TİKİLƏCƏK

Hazırda oxunan: Bu ərazidə yeni metro stansiyası TİKİLƏCƏK

605917

“Bakı Metropoliteni” QSC “Nizami” metro stansiyasında eskalatorların dəyişdirilməsini planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu qurumun Tikinti Layihələrinin İdarəolunması Departamentinin rəisi Məmməd Rzayev deyib.

Onun sözlərinə görə, eskalatorların istismarı ilə məşğul olan struktur bölmə bütün eskalatorların istifadə müddətini, istismara başlama mərhələsini və bu müddətin tamamlanmasını əvvəlcədən hesablayır:

“Bu müddətin nə vaxt başa çatacağı öncədən məlum olduğuna görə, təmir işləri də qabaqcadan planlaşdırılır”.

Rzayev təmir işlərinin başlanacağı dəqiq tarixi açıqlamasa da, bildirib ki, təmir zamanı sərnişinlərin stansiyaya girişi bağlanacaq:

“Bu müddətdə qatarlar stansiyada dayanmadan hərəkət edəcək. Gələcəkdə isə “Nizami” stansiyasında əlavə çıxış yaradılacaq”.

O, əlavə edib ki, 2030-cu ilədək bənövşəyi xətt üzrə “Nizami” stansiyasına paralel yerləşən B5 stansiyasının tikintisi başa çatdıqdan sonra stansiyaya yeni çıxış çəkiləcək.

“Bunlar eyni ərazidə, bir-birinə yaxın yerləşən iki stansiyadır. B5 Mərkəzi Parkın altından keçəcək. Oradan “Nizami” stansiyasına keçid çəkiləcək. Buna görə də eskalatorların dəyişdirilməsi zamanı bütün texniki nüansları nəzərə alırıq ki, gələcəkdə sərnişin qəbulu və Mərkəzi Park ərazisinə sərbəst çıxış üçün stansiyanı yenidən bağlamağa ehtiyac qalmasın”, — deyə Məmməd Rzayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO