Tahir Kərimli əjdaha oyuncaqla çıxışına AYDINLIQ GƏTİRDİ – Deputatı Moskvadan hədələyən KİMDİR? - VİDEO

Tahir Kərimli əjdaha oyuncaqla çıxışına AYDINLIQ GƏTİRDİ – Deputatı Moskvadan hədələyən KİMDİR? - VİDEO

Hazırda oxunan: Tahir Kərimli əjdaha oyuncaqla çıxışına AYDINLIQ GƏTİRDİ – Deputatı Moskvadan hədələyən KİMDİR? - VİDEO

0:00
0:00
60590

Xəbər verildiyi kimi millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib. Deputat onu ölümlə hədələyən şəxslərə səslənərək “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, bildirib.

Bizim.Media xəbər verir ki, deputat sosial şəbəkələrdəki çıxışı ilə bağlı Baku TV-yə müsahibə verib. Dəfərlə ölümlə hədələndiyini deyən Tahir Kərimli ən son evinin qapısında asılmış kiçik kağız parçasında yazılanlardan narahat olduğu üçün belə bir çıxış hazırladığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tahir Kərimlidən onu hədələyənlərə əjdaha cavab – VİDEO


Həmçinin təhdidlə bağlı kağız parçasının Moskvadakı ünvanlardan birindən gəldiyini dilə gətirib. Deputat müsahibəsində AMEA-nın prezidenti Ramiz Mehdiyevə etdiyi etirazdan da danışıb.

Ətraflı təqdim edəcəyimiz videogörüntüdə:

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO