Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Hazırda oxunan: Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

605859

Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
 

İstintaqla müəyyən edilib ki, Tbilisidə sözügedən azərbaycanlı şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.


Əməliyyat tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsi qısa müddət sonra yaxalayıb.

O, günahı sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Faktla bağlı istintaq davam etdirilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO