Gəncə Xanlığının 9 tarixi bayrağından 5-i tam bərpa ediləcək – ORİJİNAL GÖRKƏM ALACAQ - FOTO

Gəncə Xanlığının 9 tarixi bayrağından 5-i tam bərpa ediləcək – ORİJİNAL GÖRKƏM ALACAQ - FOTO

Hazırda oxunan: Gəncə Xanlığının 9 tarixi bayrağından 5-i tam bərpa ediləcək – ORİJİNAL GÖRKƏM ALACAQ - FOTO

60576

Cavad Xan Tarix və Mədəniyyət Fondu tərəfindən qədim Gəncə Xanlığının 5 tarixi bayrağı tam orijinal görkəmdə bərpa ediləcək.

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı fondun vitse prezidenti Müzadil Həsənov verib. 

Onun sözlərinə görə 1804-cü il işğalından sonra Rusiya qoşunlarının məruzəsinə əsasən Gəncə Xanlığına məxsus 9 bayraq qənimət kimi götürülmüşdür.
 

MÖVZU İLƏ BAĞLI:

Cavad Xanın şəhadətindən 218 il ötür - ƏTRAFLI


M.Həsənov əlavə edib ki, bayraqlardan biri böyük önəmə malik qədim türk rəmzi olan “Şiri-Xurşid”(Şir ilə Günəş) və ələm nişanlı imiş:

“Əfsus ki, hazırda bu tarixi bayraqlardan yalnız 5 ədədinin yeri dəqiqliklə məlumdur. Digər bayraqların da axtarışı davam edir. Əldə olunan beş ədəd bayrağın vizual bərpa prosesi tamamlanmaq üzrədir, daha sonra bayraqların hazırlanması və təqdimat mərasiminin keçirilməsi planlaşdırılır” deyə Həsənov bildirib.

Fondun vitse prezidentin bayraqlardan birinin tam hazır olduğunu və digər 4-nün isə üzərində isə vizual bərpa işlərinin getdiyini vurğulayib:

“Vizual bərpa işlərini fondun üzvü, tanınmış rəssam dizayner Elçin Bayram həyata keçirir. Çalışırıq ki, bayraqlar üzərində olan rəmzlər və şəkillər, o cümlədən həkk olunan yazılar olduğu kimi əksini tapsın.  Bayraqlar tam bərpa olunduqdan sonra, işlər bitdikdən sonra bayraqların hazırlanması olacaq. Sonda təqdimat mərasiminin keçirilməsi planlaşdırılır” deyə Müzadil Həsənov əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO