Əli Həsənovun oğlu Dubay mülklərini gizlətmək üçün BU YOLA əl atdı – FOTOFAKT 

Əli Həsənovun oğlu Dubay mülklərini gizlətmək üçün BU YOLA əl atdı – FOTOFAKT 

Hazırda oxunan: Əli Həsənovun oğlu Dubay mülklərini gizlətmək üçün BU YOLA əl atdı – FOTOFAKT 

60575

Xəbər verdiyimiz kimi, PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun oğlunun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində daşınmaz əmlak biznesi ilə məşğul olduğu ortaya çıxmışdı.

Belə ki, Dubayın məşhur əmlak agenti Hend Karam öz “İnstagram” hesabından Şamxal Həsənli ilə əməkdaşlıqları ilə bağlı paylaşım etmişdi.

Doğrudur, fotoda Şamxal Həsənlinin ad və soyadı gizlədilməyə çalışılsa da, profil fotosu müştərinin Şamxal Həsənli olduğu aydın görülürdü. 

Lakin Bizim.Media-nın son araşdırması nəticəsində məlum olub ki, Hend Karam artıq həmin paylaşımı da silib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənov pullarını Dubaya köçürüb – FOTOFAKT


Görünür, Şamxal Həsənli öz biznesi ilə bağlı ortaya çıxan faktları yox etməyə çalışır.

Oğlunun biznes fəaliyyəti ilə bağlı Əli Həsənovun özündən məlumat almağa çalışsaq da, bütün cəhdlərimiz nəticəsiz qalıb. Görünür, özünü bir vaxtlar “media hami”si kimi təqdim edən Əli Həsənov indi mətbuatın radarına düşməmək üçün dəridən-qabıqdan çıxır. Əli Həsənovun mətbuatdan qaçması onu deməyə əsas verir ki, keçmiş məmur oğlunun hansı vəsaitlər hesabına biznesmen olmasını gizlətməyə çalışır.

Görünən dağa isə bələdçi lazım deyil. Şamxal Həsənlinin Dubayda, eyni zamanda ABŞ-da qurduğu əmlak biznesini atasının Azərbaycandan çıxarmağa çalışdığı pullar hesabına qurması ilə bağlı şübhəyə isə artıq yer qalmayıb.

Xatırladaq ki, Əli Həsənov daha əvvəl ailəsinin biznesi ilə fəxr etdiyini bildirmişdi. 

Qeyd edək ki, Əli Həsənov və Şamxal Həsənlinin adı son vaxtlar Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun sabiq direktoru Vüqar Səfərlinin məhkəmə işində hallanır.

Murad Əhmədov, Bizim.Media  



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO