Azyaşlıların səbəb olduğu hadisə ilə bağlı cinayət işi başladıldı

Azyaşlıların səbəb olduğu hadisə ilə bağlı cinayət işi başladıldı

Hazırda oxunan: Azyaşlıların səbəb olduğu hadisə ilə bağlı cinayət işi başladıldı

605694

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobilin iki piyadanı vurması ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU


Qeyd edək ki, Xətai rayon sakini İlham Qasımov "VAZ" avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb.

Onun iki azyaşlı - 7 və 6 yaşlı övladları - nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib. Hadisə zamanı bir nəfər xəsarət alıb, digəri isə ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO