Ermənistanın mina terrorunun qurbanlarının sayı 3500-ü ötüb

Ermənistanın mina terrorunun qurbanlarının sayı 3500-ü ötüb

Hazırda oxunan: Ermənistanın mina terrorunun qurbanlarının sayı 3500-ü ötüb

605687

30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub.

Bizim.Media xəbər verir ki, bunu ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Gənclər Fondunun tərəfdaşlığı, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forumda çıxışında bildirib.

Onun sözlərinə görə, mina və partlamamış hərbi sursatlar yalnız fiziki maneə deyil:

“Onlar illər boyu insanların həyatını, arzularını və gələcək planlarını girov saxlayan görünməz müharibənin qalıqlarıdır. Mövcud rəqəmlər bu təhlükənin miqyasını bütün ağrısı ilə göz önünə qoyur. Belə ki, son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub.

Vətən müharibəsindən (noyabr 2020) bu günədək baş vermiş 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib. Onlardan 72 nəfəri həyatını itirib, 349 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb”, – o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO