7-13 aprel tarixlərində geomaqnit qasırğası gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, sözügedən tarixlərdə C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsirilə hal-hazırda normadan yüksək olsa da, 07-09 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 07.04.2026
Əhalinin DİQQƏTİNƏ- Bu gündən başlayır, 6 gün davam edəcək...
Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ- Bu gündən başlayır, 6 gün davam edəcək...
Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ- Bu gündən başlayır, 6 gün davam edəcək...
605679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































