Əkin sahələrini su basan fermerlərin DİQQƏTİNƏ – Sığorta ilə bağlı RƏSMİ AÇIQLAMA

Əkin sahələrini su basan fermerlərin DİQQƏTİNƏ – Sığorta ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Əkin sahələrini su basan fermerlərin DİQQƏTİNƏ – Sığorta ilə bağlı RƏSMİ AÇIQLAMA

605676

Son 10 gündə ölkə ərazisində düşən intensiv yağıntılar bir çox bölgələrdə fermerlərə ciddi ziyan vurub. Xüsusilə də, taxıl əkinləri normadan artıq yağan yağışlar nəticəsində yaranan selbasmadan böyük zərər görüb.

Bəs dəymiş ziyan necə qarşılanır?

Sualın cavabı olaraq Aqrar Sığorta Fondundan Bizim.Media-ya bildirilib ki, martın 27-dən başlayaraq ölkə ərazisinə normadan dəfələrlə artıq yağıntı düşüb:

“Bu yağıntılarsa subasmalara və selə səbəb olub. Nəticədə digər sahələrlə yanaşı aqrar sektora da ciddi ziyan dəyib. Belə ki, Fonda edilən müraciətlərə əsasən müəyyən edilib ki, son 10 gündə 275 müqavilə üzrə 2705 hektara yaxın əkin sahəsində zərər olduğu müəyyən edilib.

Müraciətlərin 91 faizi sel və subasma hadisələrinə, 4 faizi fırtınaya və 5 faizsə digər hadisələrlə bağlı olub. Hazırda müraciətlər daxil olmaqdadır və daxil olan müraciətlərin qiymətləndirilməsi aparılır.

Qeyd edək ki, Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi rayonlarından daha çox müraciətlər daxil olub. Ümumi müracətlərin 86 faizi  Şabran, Qusar və Xaçmaz rayonlarının payına düşür.

Müraciətlərin 93 faizi payızlıq arpa və buğda sahələri, qalan müraciətlərsə meyvə bağlarına dəymiş zərərlə bağlıdır. Fermerlərə dəymiş ziyan müstəqil ekspertlər tərəfindən müəyyən edilir. Sonda ekspert rəylərinə görə fermerlərə dəymiş ziyanlar ödəniləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO