Turizm Agentliyində işçilərdən öz ərizələri ilə işdən çıxmaları tələb olunur - İDDİA

Turizm Agentliyində işçilərdən öz ərizələri ilə işdən çıxmaları tələb olunur - İDDİA

Hazırda oxunan: Turizm Agentliyində işçilərdən öz ərizələri ilə işdən çıxmaları tələb olunur - İDDİA

605675

Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.

Bizim.Media "trend.az"a istinadla xəbər verir ki, agentliyin ixtisara düşən bəzi əməkdaşları son ay ərzində artıq 30-dan çox əməkdaşın işdən çıxarıldığını iddia ediblər.

Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib.

Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur.

İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.

Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, qurumda kütləvi ixtisarlar baş vermir.

“Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”, – deyə məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO