Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

Hazırda oxunan: Qusar icra başçısı yağışın fəsadlar törətdiyi ƏRAZİDƏ: Sel sularına düşərək ölən gəncin dəfn mərasiminə qatıldı - FOTO

605490

Aprel ayının 4-dən başlayaraq Qusar rayonu ərazisində müşahidə olunan intensiv yağıntılar rayon ərazisində bir sıra ciddi fəsadlara yol açıb. Yağıntıların təsirinin azaldılması, vəziyyətin nəzarətə götürülməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyəti və digər dövlət qurumları tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Fəsadların qeydə alındığı ərazilərdə xüsusi texnika və canlı qüvvə cəlb edilərək fəsadların aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, risklərin minimuma endirilməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı və mühafizə tədbirləri görülür.

Bu gün  Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri baş vermiş fəsadlarla yerində tanışlıq məqsədilə rayonun Çiləgir, Kuzun, Cağar, Əniq, Hil və Yasab kəndlərində olublar.

Qusar İH-dən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Çiləgir kəndində sel sularının gətirdiyi lil kütlələrinin toplandığı küçəyə, Kuzun kəndində birinci mərtəbəsinə su dolmuş fərdi yaşayış evinə və kənd məktəbinin sinif otaqlarına, idman zalına, həmçinin kəndin əsas və daxili yollarına, Cağar kəndində sürüşmə ehtimalı olan əraziyə baxış keçirilib.
 

Kuzun kəndinin yollarının bərpası istiqamətində aidiyyəti qurumlarla yerində müzakirələr aparılıb. Hazırda Kuzun kəndinə gedən əsas yolun texnikalar vasitəsilə lil və çöküntülərdən təmizlənməsi və fasiləsiz hərəkətin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Tamamilə dağılaraq yararsız vəziyyətə düşmüş Yasab kəndindən gedən avtomobil yoluna baxış keçirilərkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin də iştirakı ilə yolun vəziyyəti qiymətləndirilib və bərpası istiqamətində görüləcək tədbirlər müzakirə edilib.


Aprelin 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri rayon ərazisində müşahidə olunan güclü yağışlar nəticəsində rayonun Gündüzqala kəndinin ərazisindən axan Quru çayda yaranan sel sularına düşərək dünyasını dəyişən kənd sakini Farik Fərid oğlu Rəsulovun dəfn mərasimində iştirak edib. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.











































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO