Misir Mərdanov AMEA-ya yeni prezident GƏLİR? – Özündən AÇIQLAMA

Misir Mərdanov AMEA-ya yeni prezident GƏLİR? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Misir Mərdanov AMEA-ya yeni prezident GƏLİR? – Özündən AÇIQLAMA

0:00
0:00
60549

Xəbər verildiyi kimi AMEA prezidenti Ramiz Mehdiyev 3 gün əvvəl tutduğu vəzifədən istefa verdi. Akademik hələki istefa ərizəsini ölkə başçısı İlham Əliyevə təqdim etməyib. 

Hazırda ən çox müzakirə olunan məsələlərdən biri AMEA-da yeni prezidentin kim olacağıdır. Namizədlərin sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun olduğu deyilir. İctimaiyyətdə də AMEA-ya rəhbər kimi keçmiş təhsil naziri Misir Mərdanovun adı çəkilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Misir Mərdanov: "Yeganə çıxış yolu Ramiz Mehdiyevin vəzifəsindən getməsidir"


Məsələ ilə bağlı keçmiş təhsil naziri Misir Mərdanovun mövqeyi ilə maraqlandıq. 

Misir Mərdanovun isə Bizim.Media-ya cavabı belə olub:

“AMEA-nın prezidentini ictimaiyyət deyil, AMEA-nın ümumi yığıncağında akademiyanın həqiqi üzvləri seçir”.

“Özünü AMEA prezidenti kimi görürmü?” – sualına isə Misir Mərdanov susqunluqla yanaşıb.

Qeyd edək ki, əvvəlki təcrübələrə görə Elmlər Akademiyasının prezident vəzifələrini təbiət və dəqiq elmləri təmsil edən alimlər idarə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO