Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

Hazırda oxunan: Sumqayıtda zəhərlənən uşaqların ailə üzvlərinə sosial-psixoloji dəstək göstəriləcək – RƏSMİ

605485

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində zəhərlənən uşaqların ailəsinin aidiyyəti qurumlarla koordinasiyalı şəkildə qiymətləndirilməsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?


Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb. Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək.
 

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxuşaqlı ailənin altı uşağı dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb. Hazırda digər 4 uşaq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında, biri isə Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alır.


Atanın 2 yaşlı uşağının meyitini qucağına alıb “TikTok”da canlı yayıma çıxması, ailənin maddi durumunun aşağı olması, övladını dəfn etməyə pulunun olmaması, valideynlərinin psixoloji durumu müzakirələrə səbəb olub. Ata kuryerlik edərək 9 uşaqlı ailəni dolandırdığını deyib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO