Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Hazırda oxunan: Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

605387

Bakının Nizami rayonu Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
 

O bildirib ki, Bakının Nizami rayonu Keşlə qəsəbəsində kollektorda baş vermiş nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-in müvafiq qüvvələri tərəfindən tədbirlər həyata keçirilir:


"Gecə saatlarında da qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda olan məlumata görə, 97 sakin təhlükəsiz yerə təxliyə olunub. Hazırda FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirir" .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO