Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Hazırda oxunan: Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

605260

Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba-Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 santimetr, Qusarçayda 73 santimetr, Qudiyalçayda 22 santimetr, Qaraçayda isə 13 santimetr artıb.
 

Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudiyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.


Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır. Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO