Millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib.
Bizim.Media xəbər verir ki, Tahir Kərimli onu ölümlə hədələyən şəxslərə səslənib.
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, o bildirib.
MÖVZU İLƏ BAĞLI:
Tahir Kərimlinin Milli Məclisdəki bu çıxışı gündəm oldu - VİDEO
Deputat daha sonra əlindəki oyuncağı kənara qoyaraq sözlərini davam etdirib:
“Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm".
Bizim.Media