Qusar rayonuna martın 28-də və aprelin 4-də yağan güclü yağışlar rayonun yol-körpü infrastukturuna ciddi ziyan vurub.
Bu gün Qusar RİH başçısı Sahir Məmmədxanov və rayon FHK-nın üzvləri yenidən selin fəsadları ilə yerində tanış olublar.
Rayon FHK-dan Bizim.Media-ya məlumat verilib ki, rayon rəhbəri ötən sel zamanı məcrasından çıxmış Hil çayında fəsadların aradan qaldırıldığı yerə baş çəkib, müəyyən tapşırıqlarını verib.
Həmin ərazidə evlərə təhlükə yaranmaması üçün texnika işləyir.
Baxış zamanı rəsmilər Qusar-Həzrə yolunun ötən dəfə dağıtdığı Yasabkəndindən keçən hissəsində də görülən işlərlə yerində tanış olublar.
Məlumat üçün bildirək ki, Qusarda Gündüzqala kəndindəki borudan ibarət körpü yenidən dağılıb. Kuzun kənd yoluna yenidən daş-çınqıl tökülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaranmayıb.
Qusar FHK-dan məlumat verilib ki, selin fəsadlarının aradan qaldırmaq üçün rayon rəhbərliyi bütün zəruri tapşırıqları verib.
Fəsadlarla yerində tanış olmaq icra başçısı Sahir Məmmədxanov gün ərzində dağlıq Yuxarı Tahircal və digər ərazilərə baş çəkəcək.
Rayona dəyən ziyan dəqiqləşdirilir.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


























































































