Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.
Bizim.Media xəbər verir ki, onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.
Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər. (Qafqazinfo.az)


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:14 / 05.04.2026
Eldar Əzizov Keşləyə getdi - FOTO
Hazırda oxunan: Eldar Əzizov Keşləyə getdi - FOTO
Hazırda oxunan: Eldar Əzizov Keşləyə getdi - FOTO
605210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































