Gəncədə 1 yaşlı uşaq xəstəxanada öldü

Gəncədə 1 yaşlı uşaq xəstəxanada öldü

Hazırda oxunan: Gəncədə 1 yaşlı uşaq xəstəxanada öldü

605196

Gəncə Birləşmiş Xəstəxanasının Uşaq xəstəxanasında azyaşlı ölümü qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2025-ci il təvəllüdlü A.S. yüksək hərarətlə xəstəxanaya çatdırılıb.

Körpəyə ilkin tibbi yarım olaraq infuzion terapiya tətbiq edilərkən vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib.

1 yaşlı uşağın ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO