Tbilisi polisi Əfqan Sadıqovu saxladı - Azərbaycana deportasiya olunacaq

Tbilisi polisi Əfqan Sadıqovu saxladı - Azərbaycana deportasiya olunacaq

Hazırda oxunan: Tbilisi polisi Əfqan Sadıqovu saxladı - Azərbaycana deportasiya olunacaq

605186

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.
 

DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.


Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO