Bakının Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur.
Bizim.Media xəbər verir ki, onların sözlərinə görə, çirkab suların dənizə axıdıldığı kanalın üstünün açıq olması ciddi təhlükə mənbəyidir.
Hətta yaxın günlərdə məktəbli bir uşaq ehtiyatsızlıqdan həmin kanala düşərək boğulma təhlükəsi yaşayıb.
Hadisə şahidi olan sakinlərdən biri həmin anları belə xatırlayıb:
"Uşaq gözümün qabağında kanala düşdü. Düşünmədən suya atılıb onu çıxardım, sonra özüm orada qaldım. Qonşular məni çətinliklə xilas etdilər. Orada olmasaydım, indi həmin uşaq həyatda olmayacaqdı".
Digər bir sakin isə ərazidən yayılan kəskin qoxu ilə bağlı şikayətini dilə gətirib:
"Allaha and olsun ki, ərazidə xəstəlik baş alıb gedir, nəfəs ala bilmirəm. Üfunət iyindən həyətə çıxa bilmirik".
Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ barədə müvafiq idarəyə artıq məlumat verilib.
Qurumun əməkdaşları əraziyə cəlb olunaraq araşdırma aparacaq və nəticələrə uyğun olaraq zəruri tədbirlər görüləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:00 / 04.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
Hazırda oxunan: Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
Hazırda oxunan: Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
605149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































