Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir

Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir

Hazırda oxunan: Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir

605143

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Gəncə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Bizim.Media xəbər verir ki, nənəsi 2013-cü il təvəllüdlü F.S-nin uşaq evinə verilməsini istəyir.

Qızdan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpə yaşlarından nənəsinin himayəsi altında yaşayıb.
 

Uşaqla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır.


“Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

Qeyd edək ki, əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır”. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO