FAKTİKİ HAVA: Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır

605137

Aprelin 4-ü saat 20:00 olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidməti yayıb.

Məlumata görə, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.

Yardımlıda saat 17:00 -17:10 radələrində diametri 1.3 mm olan dolu düşüb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO