Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri ölüb

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri ölüb

Hazırda oxunan: Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri ölüb

605043

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.

Bizim.Media "Report.az"a istinadla xəbər verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.

Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.
 

Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.


Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO