“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq olunması ilə bağlı qanun hər iki ölkədə ratifikasiya olunduqdan sonra qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.
MÖVZU İLƏ BAĞLI:
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirəyə çıxarılır
Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda gərgin mübarizə gedir. Bütün bunların fonunda Şuşa Bəyənnaməsi Azərbaycanla Türkiyənin qardaşlığını daha da gücləndirib.
Şuşa Bəyənnaməsinə nələr daxil olduğunu "İTV Xəbər"in hazırladığı videodan izləyək:
Oral Mədənçi, Bizim.Media