Gürcüstanın Marneuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb.
Bizim.Media Gürcüstan KİV-ə istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş kişi qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO
İstintaqla müəyyən edilib ki, aprelin 2-də Marneulidə əvvəlcədən mövcud olan narazılıq zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu qətlə yetirib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır. Bu maddə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, 20 yaşlı Ümid Bayramov cəmi bir həftə əvvəl ailə həyatı qurmuşdu.
Bizim.Media




































































































