Ucarda yanğın olub, bir neçə ev quşu tələf olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün rayonun Nəsimi küçəsində baş verib.
Rayon sakini Fazil Cəfərova məxsus sahəsi 200² metr olan navest tamamı, toyuq damının isə bir hissəsi yanıb. Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və bitişik yaşayış evi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmasa da, bir neçə ev quşu tələf olub və ev sahibinə xeyli miqdarda maddi ziyan dəyib.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu

































































































