Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hazırda oxunan: Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

604719

ABŞ-dən olan səyyah Lori Qreyner hotellərdəki bəzi əşyaların göründüyü qədər təmiz olmadığını üzə çıxarıb. O, xüsusilə son vaxtlar geniş yayılan divara bərkidilmiş şampun və sabun qablarından istifadəni tövsiyə etmir.

Bizim.Media-nın məlumatına görə, araşdırmalar göstərir ki, bu qabların 75 faizində yüksək səviyyədə bakteriya toplanır.

Səbəb isə odur ki, mehmanxana işçiləri qabları yumaq əvəzinə sadəcə üzərinə əlavələr edirlər.
 

Epidemioloq Aleks Sandermann da bu fikirlərlə razılaşır. Onun apardığı tədqiqat zamanı 20 fərqli hoteldəki nümunələrin əksəriyyətində çirklənmə aşkarlanıb. Ekspert bildirir ki, doldurulma zamanı yaranan çarpaz çirklənmə mikrobların sürətlə çoxalmasına şərait yaradır.


Siyahıda yer alan digər təhlükəli əşya isə saç qurutma maşınıdır. Bu cihazlar otaqda ən az dezinfeksiya olunan əşyalar sırasındadır. Qonaqlar fenləri tez-tez çirkli əllərlə toxunaraq istifadə etsələr də, təmizlik zamanı bu detal unudulur. Nəticədə cihazların üzərindəki bakteriya səviyyəsi evdəki analoji alətlərdən qat-qat çox olur.

Elektrikli çaydanlarla bağlı vəziyyət daha ürəkağrıdıcıdır. Lori Qreynerin sözlərinə görə, bəzi müştərilər çaydanlardan geyim, hətta corab yumaq üçün istifadə edirlər. Bu cihazların daxili hissəsi demək olar ki, heç vaxt lazımi qaydada təmizlənmir. Səyyah isti su lazım olduqda otaqdakı çaydanı yox, birbaşa otelin xidmətindən sifariş etməyi məsləhət görür. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO