Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bildirilib ki, “Hyundai” markalı minik avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyənləşib.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü sürücü Xəqani Xaliqəddin oğlu Quliyev xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 02.04.2026
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
Hazırda oxunan: Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
Hazırda oxunan: Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
604627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































