Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası azaldıldı

Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası azaldıldı

Hazırda oxunan: Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası azaldıldı

604581

Ali Məhkəmədə əzab vermədə təqsirləndirilən Əkrəm Yaqublunun (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilib.

Əkrəm Yaqubluya 1 il 2 ay 10 gün cəza müəyyən olunub.

 

İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublu (ad, soyadı şərtidir) ilə 2017-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq və sair lüzumsuz səbəbləri bəhanə gətirərək yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb psixi iztirablar verib.



Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyərək söyüş söyüb təhqir etməklə şəxsiyyətini alçaldıb.

O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində yenə də əsassız qısqanclığı bəhanə gətirərək kiçik ölçülü dərzi qayçısı ilə Mətanətin qəsdən boğaz nahiyəsindən vurub.

Sonra qadın ərindən canın qurtarmaq üçün balkona qaçıb çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balıncı üzünə dirəyib qəsdən nəfəs almasını çətinləşdirib.

Beləliklə, Əkrəm Mətanəti mütəmadi olaraq döyüb güclü fiziki ağrı yetirib həmin zorakı hərəkətləri və şəxsiyyətini alçaldan psixi iztirablarla zərərçəkmiş şəxsə işgəncə verməklə əzab vermə cinayətini törədib.

Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Suraxanı Rayon Məhkəməsinin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə iclas zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Suraxanı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 2 ilə endirilib.

Əkrəm Yaqublunun üzərində qəti olaraq 1 il 8 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Qeyd edək ki, onların birgə nikahdan 2 övladı var. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO