Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – FOTO/VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – FOTO/VİDEO

Hazırda oxunan: Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – FOTO/VİDEO

604444

Xəbər verdiyimiz kimi, 1940-cı il təvəllüdlü, Salyan şəhəri Əli bəy Hüseynzadə küçəsində yaşayan Rafayət İxtiyar oğlu Nəsirovun meyiti Salyan–Neftçala yolunun 6-cı kilometrliyində, rayonun Qaraqaşlı kəndi ərazisində yerləşən su kollektorunda aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO


Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, meyitin Neftçala Su Kanalizasiya Sisteminin işçiləri tərəfindən tapılıb.

Məlumata görə, o, bu ilin yanvarın 31-də gecə saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun son görüntüsü Salyan–Neftçala avtomagistralında quraşdırılmış müşahidə kameralarına düşmüşdü.

Yaxınlarının sözlərinə görə, yaşlı kişi həmin istiqamətdə piyada hərəkət edib və bundan sonra ondan xəbər alınmayıb.
 

Qeyd edək ki, Rafayət Nəsirov əvvəllər Neftçala rayonunda sürücü kimi çalışıb, son illərdə isə taksi fəaliyyəti ilə məşğul olub. Mərhumun 4 övladı olduğu bildirilir.


İlkin məlumata əsasən, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.




















Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO