Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Hazırda oxunan: Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

604417

Rusiyanın “Orenburq (Mərkəzi)” hava limanında Rosselxoznadzor-un əməkdaşları xaricdən gətirilən heyvan mənşəli məhsulların qanunsuz daşınmasının qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı qurumun Orenburq vilayəti üzrə nümayəndəliyi yayıb.

Belə ki, 2026-cı ilin əvvəlindən sərnişinlərin əl yükündə sənədsiz daşınan 94,12 kiloqram belə məhsul aşkar edilərək müsadirə olunub və məhv edilib.
 

Müsadirə olunan məhsulların əsas hissəsini Azərbaycandan gətirilən süd məhsulları təşkil edib. Rəsmi məlumata əsasən, sərnişinlərdə 57,57 kiloqram pendir, kəsmik və yağ, həmçinin 31,03 kiloqram ət, 2,75 kiloqram balıq və 2,72 kiloqram bal aşkarlanıb. Bu məhsullar üçün baytarlıq müşayiətedici sənədlər təqdim olunmadığından onların hamısı dövriyyədən çıxarılıb.


Rosselxoznadzor bildirib ki, bu cür məhdudiyyətlər təhlükəli yoluxucu xəstəliklərin region ərazisinə keçməsinin qarşısını almaq məqsədi daşıyır. Qaydanı pozan sərnişinlər isə inzibati məsuliyyətə cəlb olunublar.

Qurum xatırladıb ki, bir nəfərin şəxsi istifadə üçün gətirə biləcəyi heyvan mənşəli hazır məhsulun çəkisi 5 kiloqramı keçməməlidir, üstəlik məhsul zavod qablaşdırmasında olmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO