Amerikalı jurnalist Şelli Kitlson dünən Bağdadın mərkəzində silahlı şəxslər tərəfindən qaçırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı yazıb.
Yayılan müşahidə kameralarının görüntülərində naməlum silahlı şəxslərin jurnalistin avtomobilini işlək küçədə saxladığı, onu zorla başqa avtomobilə mindirərək hadisə yerindən uzaqlaşdığı əks olunub.
İraq Daxili İşlər Nazirliyi qaçırılma faktını təsdiqləyib. Nazirliyin açıqlamasına görə, avtomobilin təqibindən sonra bir şübhəli saxlanılıb, axtarış və əməliyyat tədbirləri davam etdirilir.
İraq polisinin məlumatına görə, mülki geyimdə olan dörd nəfər jurnalisti zorla qaçıraraq hadisə yerindən uzaqlaşıb.
Bizim.Media




























































































