"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Hazırda oxunan: "Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

604287

"Teleqram" istifadəçi təhlükəsizliyini artırmaq üçün yeni funksiya üzərində işləyir.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən, qeyri-rəsmi tətbiqlərdən istifadə edən şəxslər xüsusi xəbərdarlıq nişanı ilə işarələnəcək.
 

Söhbət "Teleqram"ın rəsmi proqramı ilə yanaşı mövcud olan alternativ tətbiqlərdən gedir. Bu cür proqramlar "Telegram"ın öz komandası tərəfindən hazırlanmayıb, başqa proqramçılar tərəfindən yaradılıb və messencerə onların vasitəsilə daxil olunur.


Yeni funksiyaya görə, belə tətbiqlərdən istifadə edən şəxslərin profilində xüsusi bildiriş görünəcək. Sistem qarşı tərəfin rəsmi deyil, üçüncü tərəf proqramından istifadə etdiyini göstərəcək və yazışmaların daha az təhlükəsiz ola biləcəyi barədə xəbərdarlıq edəcək.

Məlumata görə, bu yenilik "Teleqram"ın iOS versiyasının kodunda aşkarlanıb. Eyni zamanda tətbiqin tərcümə bazasında da uyğun qeydlərin tapılması funksiyanın hazırlanma mərhələsində olduğunu göstərir. Lakin yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

Mütəxəssislər bildirirlər ki, bu addım son dövrlərdə qeyri-rəsmi tətbiqlərlə bağlı təhlükəsizlik narahatlıqları fonunda atılıb.

Belə proqramlarda məlumatların necə qorunduğu tam məlum olmur və bəzi hallarda istifadəçi məlumatları başqa serverlərə yönləndirilə bilər.

Xüsusilə “Telega” adlı qeyri-rəsmi tətbiqlə bağlı yayılan məlumatlar diqqət çəkib. Bildirilir ki, bu tətbiqdə trafikin üçüncü tərəflər tərəfindən ələ keçirilməsi ehtimalı mövcud olub və bu da istifadəçi məxfiliyi üçün risk yarada bilər.
 

Ekspertlərin fikrincə, qeyri-rəsmi tətbiqlər əlavə funksiyalar təqdim etsə də, təhlükəsizlik baxımından zəif ola bilər. Bu səbəbdən "Teleqram" istifadəçiləri rəsmi tətbiqdən istifadə etməyə təşviq edir.


Qeyd edək ki, bu yenilik istifadəçilərə qarşı tərəfin hansı proqramdan istifadə etdiyini daha aydın görmək imkanı verəcək. Yəni başqa adlarla yazan şəxslər anında ifşa olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO