ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

Hazırda oxunan: ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

604248

Sabahdan etirbarən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaret çəkənlər cərimə olunacaq.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“Tütün və tütün məmulatları haqqında Qanun"la 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO