Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı faktlarının dünya ictimaiyyətinə yetərincə çatdırılıb-çatdırılmaması məsələsi yenidən gündəmə gəlib.
Qubadan seçilmiş Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və Quba Soyqırımı Memorial Kompleksinin tarixçi əməkdaşı Təhminə Əliyeva bu barədə Bizim.Media-ya açıqlama veriblər.
Deputat Əlibala Məhərrəmzadənin sözlərinə görə, qarşıdakı dövrdə bu istiqamətdə əsas məqsəd həm media imkanlarının genişləndirilməsi, həm də informasiya blokadasının yarılması olmalıdır.
O bildirib ki, indiyədək görülən işləri qənaətbəxş hesab etmir.
Bununla belə, deputat qeyd edib ki, Mədəniyyət Nazirliyi artıq bu sahədə müəyyən addımlar atmağa başlayıb.
Quba Soyqırımı Memorial Kompleksinin tarixçi əməkdaşı Təhminə Əliyeva isə hesab edir ki, Azərbaycan xalqı bu həqiqətlərin tanıdılması istiqamətində daha fəal olmalıdır.
Onun sözlərinə görə, Qarabağın işğaldan azad olunması ilə yeni mərhələ başlayıb və indi tarixi həqiqətlərin beynəlxalq səviyyədə daha ardıcıl şəkildə təqdim olunmasına ehtiyac var.
Təhminə Əliyeva bildirib ki, erməni daşnak ideologiyası uzun illər sistemli şəkildə türk düşmənçiliyi üzərində qurulub.
O, bu baxımdan 1918-ci il soyqırımı hadisələrinin təsadüfi yox, əvvəlcədən formalaşdırılmış nifrət siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:48 / 31.03.2026
Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO
604245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































