Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

604196

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür.

Bizim.Media xəbər verir ki, o, 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub və həyatını Vətənə xidmətə həsr edib.

Azərbaycan Silahlı Qüvvələri-nin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı kimi yüksək peşəkarlıq və igidlik nümayiş etdirib.

Aprel döyüşləri zamanı 4 aprel 2016-cı ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Onun şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib və İlham Əliyev-in sərəncamı ilə ölümündən sonra “Milli Qəhrəman” adına layiq görülüb.

Murad Mirzəyev həm də beynəlxalq hərbi təcrübəyə malik zabit idi ABŞ, Rumıniya və İordaniyada keçirilən təlimlərdə iştirak edib.

Ailəli idi, iki övladı yadigar qalıb.

Onun və onun kimi qəhrəmanların göstərdiyi şücaət 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan Ordusunun qələbə ruhunun əsasını təşkil etdi.
 

2020-ci ildə baş vermiş bu müharibədə Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi və bu zəfərin təməlində məhz Murad Mirzəyev kimi igidlərin qəhrəmanlığı, fədakarlığı və vətən sevgisi dayanırdı.



O, 11 aprel 2016-cı ildə Bakıda yerləşən II Fəxri Xiyabanda dəfn olunub.

Bu gün Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsi qəbri üstündə anılıb.

Anım mərasimində dostları, yaxınları, Yasamal rayon icra hakimiyyətinin əməkdaşları, Murad Mirzəyevin adını daşıyan MMA klubunun üzvləri iştirak ediblər.

Murad Mirzəyevin xatirəsi hörmətlə anılıb, onun döyüş yolundan danışılıb. (korrekt.az)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO