Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

604019

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib.

DİN-in mətbuat xidmətin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, əməliyyat zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Rəşad Əlifov Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində saxlanılıblar.

Onlardan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
 

Araşdırma zamanı M.Mosazadehin narkotikləri idarə etdiyi yük maşınıın gizli saxlanc yerində qanunsuz olaraq ölkə ərazisinə gətirdiyi müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO