Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Hazırda oxunan: Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

604016

Abşeron Ticarət Mərkəzi Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında  sahibkarlara dəstək verir. 

Bizim.Media xəbər verir ki, Bakı və Abşeron yarımadasında son günlər yağan yağış ticarət mərkəzinin yerləşdiyi ərazidə bir neçə mağazaya giriş imkanlarını məhdudlaşdırıb, alış-verişə maneə yaradıb.

Bu fəsadlardan bəzi sahibkarlar zərər çəkib. 

“Yaranmış vəziyyətin bizdən asılı olmayan səbəblərdən baş verməsinə baxmayaraq, Abşeron Ticarət Mərkəzi dəymiş zərərin qarşılanmasında, fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək göstərir,” – Abşeron TM-in marketinq şöbəsinin rəhbəri Erhan Topkaya belə bildirib.
 

Hazırda sığortalı obyekt sahiblərinə sığorta predmeti üzrə ödənişlərin təmin edilməsi üzərində işlərə başlanılıb. 


Qeyd edək ki, Abşeron Ticarət Mərkəzi sahibkarlar üçün sığortalanmış biznesi təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar Abşeron Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO