Şuşada 30 ildən sonra ilk konsert təşkil edildi - ÖZƏL+VİDEO

Şuşada 30 ildən sonra ilk konsert təşkil edildi - ÖZƏL+VİDEO

Hazırda oxunan: Şuşada 30 ildən sonra ilk konsert təşkil edildi - ÖZƏL+VİDEO

6038

Bu gün Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib.

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Xatırladaq ki, bu gün Şuşada Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının açılışı baş tutub. Açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO