Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Hazırda oxunan: Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

603630

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.


Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir”, – məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO