Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Hazırda oxunan: Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

603607

Sergey Mironoviç Kirov – Azərbaycanda və bütövlükdə Sovet tarixində xüsusi ada malik siyasi xadim... Sergey Mironoviç Kostrikov 27 mart 1886-cı ildə Vyatka quberniyasında (indiki Sankt-Peterburq ərazisi) anadan olub.

Valideynləri erkən vəfat etdiyindən uşaq evinə göndərilib. Orta nəktəbdə fərqləndiyi üçün uşaq evinin müəllimlərinin israrı ilə Kazan Mexanika-Texniki Sənaye Məktəbinə daxil olub, 1904-cü ildə təhsilini birinciliklə başa vurub ilin ən yaxşı beş məzun arasında yer alıb.

Elə həmin ildən inqilabçılara qoşulub, partiya təxəllüsü Serj idi. 1905-ci ilin oktyabrında o, Tayqanın əsas dəmir yolu stansiyasında tətil təşkil etdi.

1906-cı ilin iyul ayında qanunsuz mətbəə işlətdiyinə görə həbs edildi və Tomsk qalasında (həbsxanada) on səkkiz ay məhkumluq çəkdi. 1909-cu ildə Vladiqafqaza gələrək burada "Terek" qəzetində çalışmağa başlayır. Çox sevdiyi və pərəstiş etdiyi İran şahı Kirin adını özünə təxəllüs götürür. Məhz bu təxəllüslə o, tarixə düşdü.
 

28 aprel 1920-ci ildə o, 11-ci Qızıl Ordunun tərkibində Bakıya daxil oldu. 1921-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi oldu. 1923-cü ilin aprelindən Leninqrad vilayətinin Mərkəzi Komitəsinə rəhbətlik edib. 


Stalinin ona rəğbətinə baxmayaraq, Kirov siyasi büroda əhəmiyyətsiz bir fiqur idi. Moskvada, partiya elitasının səsverməsində demək olar ki, iştirak etmirdi.  

1934-cü il bir dekabr axşamında Kirov, Ümumittifaq Kommunist Partiyasının iclasına gedərkən başının arxasından güllələnib. Sui-qəsddən cəmi bir neçə saat sonra xalq düşmənlərinin ovu başlanır: SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həmin gün "İstintaq orqanları terror aktlarını hazırlamaqda və ya törətməkdə ittiham olunanların axtarışına başlamalıdırlar” kimi əmr verir və bununla da ittifaqda kütləvi repressiyalar başlanır. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO