Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

603576

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Xəzər rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO