Yaz semestri üçün tələbə kreditlərinə müraciətlər başladı – BU GÜNDƏN

Yaz semestri üçün tələbə kreditlərinə müraciətlər başladı – BU GÜNDƏN

Hazırda oxunan: Yaz semestri üçün tələbə kreditlərinə müraciətlər başladı – BU GÜNDƏN

0:00
0:00
60355

Bu gündən 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu başlayıb.

Bizim.Media xəbər verir ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.

Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün //e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.

Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.

Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlər ötən il noyabrın 25-də başlayıb və 16 fevral saat 00:00-dək davam edib. Bu günədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO